ain.az, Azpolitika.az saytına istinadən bildirir.
"Brand Finance" tərəfindən hazırlanan “Global 500 – Dünyanın Ən Dəyərli 500 Markası 2026” hesabatının nəticələri açıqlanıb.
Siyahıya 607,6 milyard dollar marka dəyəri ilə "Apple" yenidən başçılıq edir.
Məlumata görə, "Apple"-ın marka dəyəri ötən illə müqayisədə artaraq 607,6 milyard dollara yüksəlib. Onu "Microsoft" və "Google" izləyir.
Araşdırmaya əsasən, dünyanın ən dəyərli 500 markasının ümumi dəyəri ötən ilə nisbətən 10 faiz artaraq 10,4 trilyon dollara çatıb. Siyahıda ABŞ şirkətləri üstünlük təşkil edir.
Ən dəyərli 20 marka aşağıdakı kimidir:
Apple (ABŞ) – Texnologiya – 607,6
Microsoft (ABŞ) – Texnologiya – 565,3
Google (ABŞ) – Media – 433,1
Amazon (ABŞ) – Pərakəndə – 369,9
Nvidia (ABŞ) – Yarımkeçirici – 184,3
TikTok / Douyin (Çin) – Media – 153,5
Walmart (ABŞ) – Pərakəndə – 141
Samsung (Cənubi Koreya) – Elektronika – 119,2
Facebook (ABŞ) – Media – 107
State Grid (Çin) – Ümumi xidmətlər – 102,4
Deutsche Telekom (Almaniya) – Telekom – 96,2
ICBC (Çin) – Bankçılıq – 90,9
Instagram (ABŞ) – Media – 80,8
China Construction Bank (Çin) – Bankçılıq – 77,2
Home Depot (ABŞ) – Pərakəndə – 73,4
Verizon (ABŞ) – Telekom – 73
Bank of China (Çin) – Bankçılıq – 70,8
Oracle (ABŞ) – İnternet / Proqram təminatı – 68
Agricultural Bank of China (Çin) – Bankçılıq – 62,8
Toyota (Yaponiya) – Avtomobil sənayesi – 62,7
"AzPolitika.info"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.