AZ

ABŞ Suriyada uzunmüddətli hərbi mövcudluğu dəstəkləmək niyyətində deyil

ABŞ artıq Suriyada uzunmüddətli hərbi mövcudluğun saxlanılmasına çalışmır.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrack məlumat verib.

APA xəbər verir ki, Barrak bu barədə "X" hesabında yazıb.

Onun sözlərinə görə, ABŞ uzunmüddətli hərbi mövcudluqda maraqlı deyil.

Vaşinqton üçün əsas prioritet İŞİD-in qalıqlarının məhv edilməsi, milli barışığın dəstəklənməsi və separatizmə və ya federalizmə yol vermədən Suriyada milli birliyin möhkəmləndirilməsidir.

Diplomat əlavə edib ki, SDQ-nin İŞİD-ə qarşı quru əməliyyatlarında əsas qüvvə kimi ilkin rolu böyük ölçüdə aktuallığını itirib, çünki Dəməşq artıq təhlükəsizliyin təmin edilməsi üzrə öhdəlikləri öz üzərinə götürməyə hazır və qadirdir.

Seçilən
156
3
apa.az

4Mənbələr