AZ

İran XİN rəhbəri Davosu ikili standartlarda ittiham etdi

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçi Davosda keçirilən Dünya İqtisadi Forumunu (DİF) onun çıxışının ləğvinə görə tənqid edib. O bildirib ki, bu qərar yalan məlumatlara əsaslanıb və siyasi təzyiqlər nəticəsində qəbul edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə İban Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri "X" sosial şəbəkə platformasında bəyanat yayıb.

Əraqçinin çıxışı 20 yanvar tarixinə planlaşdırılıb. Lakin təşkilatçılar onun iştirakını ləğv edərək bunu “son həftələrdə İranda mülki şəxslərin həlak olması fonunda düzgün olmaması” ilə əsaslandırıblar.

Buna cavab olaraq Əraqçi o, qərarın İsrail və ABŞ-ın təzyiqi altında verildiyini iddia edib. “DİF Davosdakı çıxışımı İsrailin və ABŞ-dakı onun himayədarlarının və tərəfdarlarının siyasi təzyiqi və yalanları əsasında ləğv edib. İranda son zorakılıqlarla bağlı bir əsas həqiqət var: biz xalqımızı açıq şəkildə Mossad tərəfindən dəstəklənən, İŞİD üslubunda qətllər törədən silahlı terrorçulardan müdafiə etməyə məcbur idik”, — deyə o yazıb.

Əraqçi həmçinin qeyd edib ki, Qəzzada baş verən hadisələrə baxmayaraq, Dünya İqtisadi Forumu israilli rəsmi şəxslərə ünvanlanan dəvətləri ləğv etməyib.

“Əgər DİF guya "mənəvi" mövqe tutduğunu nümayiş etdirmək istəyirsə, bu onun hüququdur. Amma heç olmasa bu mövqedə ardıcıl olmalıdır. Mövcud açıq-aşkar ikili standartlar yalnız mənəvi deqradasiyanı və intellektual iflası göstərir”, — deyə İran XİN başçısı vurğulayıb.

Sonda Əraqçi bildirib ki, dünya ictimaiyyətinin bütün faktları bilmək və öz müstəqil nəticələr çıxarmaq hüququ var.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
bizimyol.info

1Mənbələr