ain.az, Mia.az portalına istinadən məlumat verir.
Əməkdar jurnalist, Yazıçılar Birliyinin üzvü, şair Qərib Mehdi vəfat edib.
Mia.az xəbər veirr ki, Qərib Mehdiyev (Mehdi) 1936-cı il Qəbələ rayonunun Mirzəbəyli kəndində anadan olub.
Kiçik yaşlarında ailəliklə Gəncə şəhərinə köçüblər. Yaradıcılığa 1958-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "İşığın qəzəbi" satirik hekayəsi ilə başlayıb. İlk hekayələrini Qərib, Qərib Mehdi təxəllüsləri ilə çapa verib. Ədibin 1989-cu ildə "Oxşarlar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Mehdiyevin əsərləri xarici ölkə xalqların dillərində nəşr olunub. O, 1979-cu ildən Gəncə şəhəri Alimlər Evi nəzdində olan "İlham" ədəbi birliyinə rəhbərlik edirdi.
2009-cu ildə Əməkdar jurnalist fəxri adına layiq görülüb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.