ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
“Azərbaycan artıq Avropa Parlamentinin tənqidinə reaksiya vermir”.
Gununsesi.info bildirir ki, bunu prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində deyib.
İ.Əliyev qeyd edib ki, bu cür qətnamələrə əvvəllər reaksiya verilirdi:
“Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik”.
İlham Əliyev vurğulayıb ki, Azərbaycanı Ermənistana qarşı “təcavüzkar mövqedə” olmaqda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır:
“Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı. Mən ümid edirəm ki, Avropa Parlamentinin üzvləri özlərində cəsarət taparaq Azərbaycana qarşı ədalətsiz mövqelərini yenidən nəzərdən keçirəcəklər”.
Xatırladaq ki, Avropa Parlamenti Azərbaycanda 400-ə yaxın siyasi məhbusun olduğunu bildirən və Azərbaycan hökumətindən onları azad etməyi tələb edən qətnamə qəbul edib.
Firuzə Mahmudova
Gununsesi.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.