AZ

Rusiya və ABŞ nümayəndələri arasında Davosda keçirilən danışıqlar iki saatdan çox davam edib

Apa.az saytına istinadən ain.az xəbər verir.

Rusiya prezidentinin xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun baş direktoru Kirill Dmitriyev ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner ilə Davosda danışıqlar aparıb.APA xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.

Məlumata görə, görüş qapalı formatda iki saatdan artıq davam edib. ABŞ Evinin qarşısında böyük izdiham toplandığı üçün danışıqların iştirakçıları Amerika pavilyonuna əlavə girişdən keçirilib.

Kirill Dmitriyev bildirib ki, Davosda keçirdiyi görüşlər konstruktiv xarakter daşıyır və getdikcə daha çox insan Rusiyanın mövqeyinin düzgünlüyünü qəbul edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
94
2
apa.az

3Mənbələr