Sumqayıt şəhərində dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda baş verib.
Belə ki, 2012-ci il təvəllüdlü Məmmədzadə Vidadi Namid oğlu hamam otağında dəm qazından zəhərlənib.
Zərərçəkən dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.