AZ

Bakının bu ərazisinə güclü qar yağır - VİDEO

Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivinə güclü qar yağmağa başlayıb.

Milli.Az xəbər verir ki, kəskin hava şəraiti və yağıntı səbəbindən yollarda hərəkət çətinləşib, bəzi ərazilərdə buzlaşma müşahidə olunur. Xüsusilə yoxuş və enişli yollarda sürücülərin ehtiyatlı olması, avtomobilləri sürət həddinə uyğun idarə etmələri tövsiyə edilir.

Hazırda ərazidə qarın yağması davam edir və havanın temperaturu aşağı düşməkdədir.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
21
milli.az

1Mənbələr