AZ

Daha bir ölkə Trampın Sülh Şurasına daxil olmaq təklifiALDI

"Qətər hökuməti ABŞ-dən Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına daxil olmaq üçün rəsmi dəvət alıb".

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin Baş naziri və xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani Davosda keçirilən Dünya İqtisadi Forumunda bəyan edib.

Onun sözlərinə görə, Qətər tərəfi bu ideyanı dəstəkləyir: "Əlbəttə, biz regionumuzda sülh və sabitliyin əldə olunmasına töhfə verməkdən məmnunuq. Hesab edirəm ki, bu sülh prosesinə qoşulan bütün ölkələr əzmlə çalışmalı və Sülh Şurasının öz məqsədinə xidmət edərək sabitləşdirici amilə çevrilməsini təmin etməlidir".

Qeyd edək ki, ABŞ Sülh Şurasına üzv olmaq üçün 58 ölkəyə dəvət göndərib.

Seçilən
55
redaktor.az

1Mənbələr