AZ

Dennis Şmitt və Robin Koxdan “Qarabağ” açıqlaması – ARENA.AZ

“Ayntraxt”ın məşqçisi Dennis Şmitt UEFA Çempionlar Liqasında (ÇL) “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, Almaniya və Azərbaycan təmsilçiləri ÇL-in Liqa mərhələsinin 7-ci turu çərçivəsində sabah Bakıda üz-üzə gələcəklər.

Frankfurt təmsilçisinin müvəqqəti baş məşqçisi təyin edilmiş Dennis Şmitt oyunlan əvvəl keçirilmiş mətbuat bunları söyləyib:

“Dünən və bu gün vaxtdan səmərəli istifadə edib yaxşı çalışdıq. Uşaqlar çox yaxşı məşq etdilər və hisslərim son dərəcə müsbətdir. İrəliyə doğru böyük addımlar atmışıq. Futbolçular mənə inam göstəriblər. İndi bütün diqqətimiz Bakı səfərinə yönəlib. Dəyişdirə bilməyəcəyimiz məqamlar var. Lakin meydanda necə çıxış etməyimiz onlara aid deyil. Aktiv və cəsarətli oynamaq istəyirik. Sabah qarşıdakı həftə üçün bir növ final oyunu qazanmaq baxımından çox böyük şansımız var. Bu, sehrli bir an ola bilər və bunu səbirsizliklə gözləyirik. Rasmus Kristensen asanlıqla ruhdan düşən futbolçu deyil. O, oynamağa hazırdır və maska ilə meydana çıxacaq. Qapıda isə Kaua Santos dayanacaq.

13 il əvvəl Bakıda “Qarabağ”a qol vurmuş Aleks Meyerin məşqçilər korpusunda olması önəmlidir. Müntəzəm olaraq çempionluq uğrunda mübarizə aparan, oyun mexanizmləri formalaşmış və birbaşa futbol oynayan bir komanda ilə qarşılaşacağıq. Dərinliyi yaxşı sığortalamalı, keçid anlarından düzgün istifadə etməli və topa sahib olduğumuz vaxtlarda keyfiyyətli oyun göstərməliyik”.

Frankfurt təmsilçisinin futbolçusu Robin Kox da mətbuat konfransına qatılıb. 29 yaşlı müdafiəçi bunları söyləyib:

“Bu qarşılaşmada meydana çıxıb qələbə qazanmalıyıq. Hazırda çətin bir dövrdən keçirik. Mövsümün ortasında baş məşqçi dəyişikliyi olsa da, irəli baxmalıyıq. Bəzən səfər oyunlarında səhv qərarlar veririk. Sabahkı görüşdə azarkeşlərimiz olmayacaq. Bu, mənfi haldır. Onlar hər zaman bizi yaxşı dəstəkləyirlər”.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” matçına sabah saat 21:45-də start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
10
5
arena.az

10Mənbələr