AZ

Mərakeş millisinin baş məşqçisi oyunçulardan Brahim Diası bağışlamalarını istəyib

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Mərakeş millisinin baş məşqçisi Valid Reqragi Afrika Millətlər Kuboku finalının 90+24-cü dəqiqəsində Seneqalın qapısına penaltini vura bilmədiyi üçün oyunçularından komandanın hücumçusu Brahim Diası bağışlamalarını istəyib.

İdman.Biz bildirir ki, oyunun əsas vaxtı 0:0 hesablı heç-heçə ilə başa çatıb, əlavə vaxtda isə Seneqal 1:0 hesabı ilə qalib gəlib.

Brahim Dias hesab 0:0 olarkən penaltidən istifadə edə bilməyib.

Mənbənin məlumatına görə, məşqçi başa düşür ki, bu mənfi atmosfer tez bir zamanda sakitləşməsə, vəziyyəti gərginləşdirə və dünya çempionatına hazırlıq zamanı komandanı qeyri-sabitliyə düçar edə bilər.

Brahim Dias turnirdə beş qol vuraraq Afrika Millətlər Kubokunda ən çox qol vuran oyunçu olub.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
68
1
icma.az

2Mənbələr