AZ

Keçmiş məcburi köçkün: Xankəndindən çıxanda uşaq idim

BAKI, 21 yanvar. TELEQRAF

“Xankəndindən çıxanda uşaq idim, o zamankı yurdumuzu xatırlamıram. Yaddaşımda doğma yurdumuzla bağlı xatirə qalmayıb. Xankəndini görməyi çox arzulayırdım. Bir dəfə buraya səfər etmişdim, amma bu dəfə artıq daimi olaraq yurdumuza köçürük. Buna görə çox xoşbəxtəm”.

Teleqraf xəbər verir ki, Xankəndinə qayıdan keçmiş məcburi köçkün Ülviyyə Quliyeva jurnalistlərə açıqlamasında bildirib.

Ülviyyə Quliyeva qeyd edib ki, hazırda ailə üzvləri ilə birlikdə doğma yurduna qayıdır. O, bu imkana görə dövlətə və ölkə rəhbərliyinə təşəkkür edib:

“Cənab Prezidentə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və ailələrimizə can sağlığı versin”.

Seçilən
80
teleqraf.com

1Mənbələr