AZ

ABŞ Karib dənizində "Sagitta" tankerini saxladı

ABŞ Venesuela neftinə qarşı sanksiya siyasəti ilə əlaqədar daha bir ticarət gəmisini saxlayıb. Müsadirə edilən tanker "Sagitta" adlanır.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı sosial mediada məlumat yayıb.

"Bu gün səhər saatlarında (20 yanvar – red.) ABŞ Silahlı Qüvvələri Daxili Təhlükəsizlik Nazirliyinin fəaliyyətinə dəstək məqsədilə "Sagitta" adlı tankeri saxlayıb.

ABŞ Prezidenti Donald Tramp tərəfindən Karib regionunda sanksiya altında olan gəmilər üçün tətbiq edilmiş karantin rejimini pozaraq fəaliyyət göstərən növbəti tankerin saxlanılması, Venesueladan neftin yalnız qanuni əsaslarla və müvafiq şəkildə Vaşinqtonla koordinasiya olunmaqla daşınmasının təmin edilməsinə yönəlmiş mövqeyimizi nümayiş etdirir", - Pentaqon bildirib.

Seçilən
64
publika.az

1Mənbələr