ABŞ Prezidenti Donald Trampı Davosa aparan təyyarə texniki nasazlıq səbəbindən ABŞ-a geri qayıdır.
Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, laynerdə texniki problem aşkar edilib. Təyyarə Merilend ştatında yerləşən Endryus birləşmiş aviabazasına enəcək, dövlət başçısı isə İsveçrədə keçiriləcək forumda iştirak etmək üçün başqa bir təyyarə ilə yola düşəcək.
“Bu maraqlı səfər olacaq, nə baş verəcəyini bilmirəm”, – deyə Donald Tramp uçuşdan əvvəl jurnalistlərə bildirib və səfərin uğurlu keçəcəyinə əminliyini ifadə edib.
Telekanalın məlumatına görə, ABŞ Prezidenti Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak etməli, dünya liderləri ilə görüşlər keçirməli və çıxış etməlidir. Bundan əlavə, onun Qrenlandiya ilə bağlı müzakirələr də daxil olmaqla bir sıra görüşləri planlaşdırılıb.