Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hazırda:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
4. "Ukrayna" dairəsi, "Əhmədli" metrostansiyası istiqamətində;
5. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
6. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;
7. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
8. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;
9. Aeroport şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;
10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
"Cebheinfo.az"