Bakı. Trend:
Yaponiyanın Nara prefekturasının dairə məhkəməsi 2022-ci iliniyulunda keçmiş Baş nazir Sindzo Abeni güllələyərək öldürmüş keçmişhərbi dənizçi Tetsuya Yamaqamini təqsirli bilib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məhkəmə prokurorluğun tələbini təmin edib və Yamaqamini ömürlükazadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Keçmiş hərbi dənizçi Tetsuya Yamaqami 8 iyul 2022-ci ildə kustarüsulla hazırlanmış çoxlüləli qurğudan atəş açaraq Nara şəhərindəseçkiöncəsi mitinqdə çıxış edən keçmiş baş nazir Abeni öldürüb.Atəş açan şəxs hadisə yerində siyasətçinin mühafizəçiləritərəfindən saxlanılıb. Dindirilmə zamanı o bildirib ki, Abeni“Vəhdət Kilsəsi” ilə əlaqələri olduğuna inandığı üçün öldürüb.
Yamaqaminin anası bu təşkilatın fanatik tərəfdarı olub, deməkolar ki, bütün var-dövlətini ona ianə edib və nəticədə ailənimüflis vəziyyətə salıb.