AZ

ABŞ Türkiyə ilə bağlı tarixi qərarı verdi

ABŞ Dövlət departamenti Türkiyənin adının rəsmi sənədlərdə dəyişdirilməsi ilə bağlı müraciətinə müsbət cavab verib.

Bildirilir ki, bu barədə departamentin sözçüsü Ned Prays məlumat verib.

Ənənəvi Turkey (Törki səslənir) əvəzinə Turkiye yazılacaq (Turkie oxunacaq).

“Türkiyə səfirliyi bütün rəsmi sənədlərdə bu formada yazılışı istifadə etmək üçün müraciət edib. Bu səhər qərar verildi və Türkiyənin adı Turkiye yazılacaq. Ölkənin coğrafi adı belədir.

Rəsmi diplomatik kontekstdə, ikitərəfli kommunikasiyada və görüşlərdə hər iki söz istifadə edilə bilər”.

Türkiyə artıq bir neçə ildir ki, dünyada öz imici və ticarət adını markalamaq üçün Türkiye adının istifadə olunması üçün çalışır.


Aygün

Seçilən
41
50
azia.az

10Mənbələr