AZ

Davosa gedən Trampın təyyarəsındə nasazlıq Geri qayıtmalı oldu

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Dünya İqtisadi Forumunda (WEF) iştirak etmək üçün Davosa yola düşən ABŞ Prezidenti Donald Trampın “Air Force One” təyyarəsi Vaşinqton yaxınlığındakı Endrüs aviabazasına geri qayıtmalı olub. 

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat yayıb. 

Buna səbəb “Air Force One”da nasazlıqların aşkar edilməsidir. Belə ki, ABŞ liderinin təyyarəsinin elektrik naqillərində cüzi problemin qeydə alındığı bildirilib. 

Məlumata görə, Tramp təyyarə dəyişdirildikdən sonra yenidən Davosa yola düşəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
2
qafqazinfo.az

3Mənbələr