AZ

Bugün Qobustanın bir hissəsində qaz olmayacaq

BAKI, 21 yanvar. TELEQRAF

Bugün Qobustan rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Qobustan rayonunda qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar bu gün saat 10:00-dan etibaran "Qobustan əhali" qaz xəttində qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Qobustan qəsəbəsi, P.Abbasov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Seçilən
134
2
teleqraf.com

1Mənbələr