AZ

ABŞ: “Sanksiyalar İranı iqtisadi fəlakətə sürükləyib”

Dünən ABŞ-nin maliyyə naziri Skot Bessent Davos İqtisadi Forumu çərçivəsində çıxışı zamanı ABŞ sanksiyalarının İranın iqtisadi durumuna ciddi zərbə vurduğunu bildirib. Onun sözlərinə görə, Vaşinqtonun maksimum təzyiq siyasəti Tehranın maliyyə sistemini zəiflədib və ölkədə dərin iqtisadi böhran yaradıb.

Vətəninfo.az xəbər verir ki, Bessent hələ ötən il sanksiyaların təsirini vurğulayaraq “əgər iranlı olsaydım, pulumu bankdan çıxarardım”, deyib. ABŞ rəsmisi Donald Tramp administrasiyasının siyasətinin nəticəsi olaraq “Ayənde” Bankının iflasını nümunə göstərib.

Nazirin sözlərinə görə, bankın çöküşündən sonra İran Mərkəzi Bankı pul çap etməyə başlayıb, ölkədə ciddi dollar çatışmazlığı yaranıb.

Seçilən
18
veteninfo.az

1Mənbələr