AZ

Avropa Parlamenti Trampa belə CAVAB VERDİ

Donald Trampın Qrenlandiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən səkkiz Avropa ölkəsinə tarif tətbiq etməklə hədəsindən sonra Avropa Parlamenti ABŞ ilə ticarət müqaviləsinin ratifikasiyasını dayandıracaq.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Euronews” yazıb.

Nəticədə, ən azı indilik müqavilə qüvvəyə minməyəcək. Bu barədə Avropanın əsas siyasi qrupları bildiriblər. Saziş ABŞ sənaye məhsullarına tarifləri aradan qaldırmaq məqsədi daşıyırdı. Bununla bağlı səsvermənin yaxın günlərdə keçirilməsi planlaşdırılırdı.

Əvəzində Vaşinqton Avropanın ABŞ-yə ixrac etdiyi məhsullara əvvəlkindən daha aşağı olan 15% vergi tətbiq etməyə razılaşıb.

Xəzər

“Cebheinfo.az”

Seçilən
68
cebheinfo.az

1Mənbələr