“Papaq Lounge”restoranında 20 yanvar hüzn günü niyə tarixə və milli dəyərlərə hörmət olunmur?
Bu kimi halların, tariximizə biganəliyin ifşa olunub qarşısı alınmalıdır….
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə… Həmin gecə Azərbaycan xalqı tarix yazırdı.
Həmin gecə xalq öz müqəddəratını özü həll edirdi. Əliyalın insanlar azğınlaşmış sovet ordusunun tanklarının, silahlarının qarşısına çıxmışdı.
Həmin gecə analar övladlarını, körpələr atalarını, gənc qadınlar həyat yoldaşlarını itirdi. Bu xalq müstəqilliyi şənliklə yox, qanı ilə qazandı. Bu dövlət məclislərlə yox, şəhidlərin cənazələri üzərindən quruldu.
20 Yanvar – Azərbaycan xalqının yaddaşına qanla yazılmış, heç vaxt silinməyəcək bir tarixdir. 20 yanvar hüzn günüdür. Bu gün sükut günüdür. Bu gün hörmət günüdür.
Amma görünən odur ki, bunu hələ də anlamayanlar var.
XALQ olaraq “Papaq Lounge” adlı məkanda “Vur partlasın, çal oynasın” başlıqlı xəbər paylaşmışıq.
Xəbərdə yer alan video görüntülər 19 yanvardan 20 yanvara keçən gecə, saat 03:47-də, məhz “Papaq Lounge”da olan müştərilərdən birinin Tik-tok platformasında açdığı canlı yayım əsasında hazırlanıb. Videoda şəxslərin üzləri bağlanıb masada olan içki məclisində iştirak edən gənclər xarici ölkənin vətəndaşı ola bilər amma və lakin….
Videolarda, içki var, məclis var, əyləncə var, 20 Yanvar gecəsinə zidd olan hər şey açıq-aydın ortadadır.