AZ

Trampın Davosa yola düşən təyyarəsi geri qayıtdı – Ağ Ev səbəbini açıqladı


ABŞ Prezidenti Donald Trampın Davosa yola düşən “Air Force One” təyyarəsi texniki nasazlıqla əlaqədar geri qayıdıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ağ Evə istinadla məlumat yayıb.
Ağ Ev bildirib ki, təyyarə heyəti havaya qalxdıqdan sonra elektrik problemi ilə qarşılaşıb.
Ağ Ev bildirib ki, ehtiyat tədbiri olaraq geri dönmək, Endryus Birgə Bazasına enmək və yeni təyyarəyə minmək qərarı verilib.
Uçuş məlumatlarının təhlilinə əsasən, “Air Force One” təyyarəsi Nyu-York şəhəri üzərindən uçduqdan qısa müddət sonra geri qayıdıb.
Təyyarə Trampın başqa bir təyyarəyə keçməsi üçün Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasına eniş edib.
Ağ Evin mətbuat xidmətinin məlumatına görə, Amerika lideri daha kiçik bir təyyarəyə keçib və daha sonra İsveçrənin Sürix şəhərinə yola düşüb.
Seçilən
30
1
yeniavaz.com

2Mənbələr