AZ

Baş naziri öldürən şəxs ömürlük həbs cəzası aldı

Yaponiyanın sabiq baş naziri Şinzo Abeni 2022-ci ildə Nara şəhərində keçirilən seçki kampaniyası zamanı qətlə yetirən Tetsuya Yamaqami ömürlük həbs cəzası alıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə prosesində günahını etiraf edən Yamaqamiyə verilən bu hökm Yapon cəmiyyətində birmənalı qarşılanmayıb və ictimai rəyi iki hissəyə bölüb.

Cəmiyyətin bir qismi 45 yaşlı Yamaqamini planlı və soyuqqanlı cinayətkar kimi dəyərləndirsə də, digərləri onun ağır uşaqlıq illərini və yaşadığı sosial çətinlikləri əsas gətirərək ona anlayışla yanaşır.

Prokurorluq hadisəni “xüsusilə ağır və cəmiyyəti sarsıdan cinayət” kimi qiymətləndirərək ən sərt cəzanın tətbiqini tələb edib. Müdafiə tərəfi isə Yamaqaminin dini təzyiqlər və ailə problemləri səbəbindən ciddi psixoloji travmalar yaşadığını vurğulayaraq cəzanın yüngülləşdirilməsini məhkəmədən xahiş edib.

Seçilən
30
konkret.az

1Mənbələr