AZ

Azərbaycan nefti bahalaşdı

“Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dollar artıb.

KONKRET.az xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları və ya 0,74 % artaraq 69,39 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Seçilən
47
49
konkret.az

10Mənbələr