AZ

Trampın təyyarəsi Sürixə uçub - YENİLƏNİB-2

ABŞ Prezidenti Donald Trampın olduğu təyyarə Vaşinqton yaxınlığındakı Endryus aviabazasına endikdən sonra Sürixə uçub.

"Far.Az" xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ lideri daha kiçik ölçülü təyyarəyə keçib. Endryus aviabazasına geri qayıtmaq barədə qərar təyyarədəki elektrik avadanlıqlarında nasazlıq aşkarlandıqdan sonra verilib.

Qeyd edək ki, D.Tramp Davosda Dünya İqtisadi Forumunda iştirak edəcək.

ABŞ Prezidenti Donald Trampı Dünya İqtisadi Forumunda iştirak üçün Davosa aparan təyyarə texniki problem səbəbindən geri qayıdır.

"Far.Az"un məlumatına görə, bu barədə CNN mənbəyə istinadən xəbər yayıb.

"N1 reysi texniki problemlər səbəbindən Endryus Hərbi Hava Qüvvələri bazasına qayıdır", - mənbə bildirib.

ABŞ Prezidenti Donald Tramp Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa gedəcəyini açıqlayıb.

"Far.Az"un məlumatına görə, o, bu barədə "Truth Social"da sosial şəbəkəsində paylaşım edib.

Tramp paylaşımında "NewsNation" telekanalında jurnalist Keti Pavliçə yerli vaxtla saat 22:00-da müsahibə verəcəyini qeyd edib. O, həmçinin Amerikanın Dünya İqtisadi Forumunda yaxşı təmsil olunacağını vurğulayıb və ölkəni şəxsən təmsil edəcəyini əlavə edib.

"Davosa gedirəm! Saat 22:00-da "NewsNation"da Keti Pavliçlə müsahibə. Xoş seyirlər! Amerika Davosda mənim tərəfimdən yaxşı təmsil olunacaq. Allah hamınızı qorusun!", - paylaşımda bildirib.

Seçilən
120
2
far.az

3Mənbələr