AZ

Çempionlar Liqası: 1/8 finalın ilk iştirakçısı

“Arsenal” bu mövsüm Çempionlar Liqasında 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edən ilk komanda olub.

Msport.az xəbər verir ki, “topçular” turnirin ümumi mərhələsinin VII turu çərçivəsində səfərdə “İnter”i 3:1 hesabı ilə məğlub edib.

Bununla da “Arsenal” 7 oyundan 21 xal toplayaraq 36 klubun yer aldığı ümumi turnir cədvəlində liderliyə yüksəlib.

London təmsilçisini 1/16 final zonası (9–24-cü yerlər) ilə 9 xallıq fərq ayırır. Nəzərə alsaq ki, ümumi mərhələnin iştirakçıları üçün cəmi 1 və ya 2 oyun qalıb, “Arsenal”ın ilk 8-likdə yer alacağı artıq dəqiqləşib.

Seçilən
75
2
msport.az

3Mənbələr