AZ

Azərbaycanda qısamüddətli mühafizə orderi verilən şəxslərin sayı açıqlanıb

BAKI, 21 yanvar. TELEQRAF

2025-ci ildə yerli icra və probasiya qurumlarının icraatına məişət zorakılığı ilə bağlı 322 icra sənədi daxil olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ötən ildə 280 qısamüddətli, 42 uzunmüddətli mühafizə orderi verilib.

Eyni zamanda 2025-ci il ərzində əvvəlki dövrdən qalan icra sənədləri də daxil olmaqla 237 icra sənədinin icraatına xitam verilib.

Qeyd edək ki, mühafizə orderi məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilir və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilir. Şəxsin xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər.

Seçilən
63
teleqraf.com

1Mənbələr