AZ

STM PUA və İDA sahəsində “Barzan Holding” ilə əməkdaşlıq edəcək

Türkiyənin STM və Qətərin “Barzan Holding” şirkətləri insansız hava və dəniz sistemlərinin Qətərdə yerli istehsalı və inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıb.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, DIMDEX-2026 sərgisində keçirilən imza mərasiminə Qətər Baş nazirinin müavini və Müdafiə məsələləri üzrə Dövlət naziri Şeyx Səud bin Əbdülrəhman bin Həsən bin Əli Al Sani və Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün qatılıb.

Sənədə STM-in baş direktoru Özgür Güleryüz ilə “Barzan Holding”in baş icraçı direktoru Mohammed bin Bader Al Sadah arasında imza atıblar.

Əməkdaşlıq çərçivəsində tərəflər ilk növbədə pilotsuz uçuş aparatları olmaqla yanaşı, insansız dəniz aparatlarının (İDA) da əhatə edə biləcək yerli istehsal və birgə inkişaf modellərini dəyərləndirəcəklər. Bundan əlavə, STM-in “Barzan Holding”ə mühəndislik, sistem inkişafı və texnologiya inteqrasiyası sahələrində inkişaf tərəfdaşı kimi töhfə verməsi və Qətərin müdafiə texnologiyaları ekosisteminin gücləndirilməsi məqsəd qoyulur.

STM-in baş direktoru Özgür Güleryüz imzalanan memorandumun iki ölkə arasında müdafiə sənayesi əməkdaşlığını dərinləşdirən strateji bir addım olduğunu vurğulayıb.

“Türkiyə və Qətər arasındakı güclü strateji münasibətlər müdafiə sənayesi sahəsində konkret layihələrlə hər keçən gün daha da möhkəmlənir. “Barzan Holding” ilə imzaladığımız bu niyyət razılaşması 4 fərqli qitədə 15-dən çox ölkə tərəfindən seçilən taktiki PUA sistemlərimizin və insansız dəniz sistemləri imkanlarımızın Qətərdə yerli şəkildə istehsalını, inteqrasiyasını və qabaqcıl imkanlarının inkişaf etdirilməsini hədəfləyir. STM olaraq mühəndislik gücümüzü və texnoloji təcrübəmizi dost və müttəfiq ölkələrlə paylaşaraq, birgə istehsal və davamlı müdafiə ekosistemlərinin yaradılmasına böyük önəm veririk. Bu əməkdaşlığın hər iki ölkənin müdafiə və aviasiya sənayesi imkanlarına uzunmüddətli töhfələr verəcəyinə inanırıq”, – deyə Ö.Güleryüz qeyd edib.

Seçilən
31
poliqon.az

1Mənbələr