AZ

Azərbaycan və Türkiyə arasında sağlamlıq turizmi sahəsində mövcud imkanlar müzakirə ediləcək



Azərbaycan–Türkiyə sağlamlıq turizmi üzrə təqdimat onlayn görüşü keçiriləcək.

Bu barədə məlumatı Newscenter.az-a Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının İdarə Heyətinin sədri, Millennium Turizm şirkətinin baş ditektoru Ruslan Quliyev məlumat verib. Bildirib ki, görüş zamanı Trabzon İmperial Xəstəxanasının nümayəndələri ilə Azərbaycan və Türkiyə arasında sağlamlıq turizmi sahəsində mövcud imkanlar, əməkdaşlıq perspektivləri və tibbi xidmətlər müzakirə olunacaq.

Müzakirə ən çox tələb olunan sahələr, Kardiologiya və ürək-damar cərrahiyyəsi, Ortopediya və travmatologiya, plastik və estetik cərrahiyyə, onkologiya, Check-up proqramları, azərbaycanlı pasiyentlər üçün müalicə paketləri və xüsusi təkliflər, pasiyentlərin qəbul prosesi və s. istiqamətləri əhatə edəcək.

Süleyman
Seçilən
10
1
newscenter.az

2Mənbələr