AZ

Polis qanunsuz saxlanılan silah-sursat aşkarladı

Ötən gün respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 tapança aşkarlanıb.

Bu barədə Missiya.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 tapança, 19 tüfəng, 1 patron darağı və 43 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Seçilən
14
49
missiya.az

10Mənbələr