AZ

Samuxda 10 kq-dan artıq narkotiki satmaq istəyən şəxs saxlandı



Samuxda 10 kiloqramdan artıq narkotik vasitəni satmaq istəyən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 35 yaşlı Səməd Əliyev tutulub.

Onun əlindəki çantadan ümumi çəkisi 10 kiloqram 745 qram olan heroin, həşiş və qurudulmuş marixuana aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, S.Əliyev narkotik vasitələri satmaq məqsədilə əldə edib.

Faktla bağlı cinayət işi başlanıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Seçilən
33
8
baki-xeber.com

10Mənbələr