AZ

Tramp: Qrenlandiya məsələsi ilə bağlı görəcəyimiz işdən həm NATO, həm də biz məmnun olacağıq

Düşünürəm ki, Qrenlandiya məsələsi ilə bağlı görəcəyimiz işdən həm NATO, həm də biz məmnun olacağıq.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp mətbuat brifinqində deyib. O bildirib ki, Qrenlandiya milli təhlükəsizlik və hətta qlobal təhlükəsizlik üçün çox vacibdir.

Tramp Qrenlandiya xalqının ABŞ-ın Arktika ərazisini əldə etməsini dəstəkləyəcəyini bildirib. "Mən onlarla danışmamışam. Onlarla danışanda əminəm ki, çox sevinəcəklər", - deyə Tramp əlavə edib.

Seçilən
6
2
yeniazerbaycan.com

4Mənbələr