AZ

bp “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100 fakt” adlı kitabı təqdim etdi (FOTO)

Bakı. Trend:

Bu gün bp “Azərbaycan Xalq Cümhuriyyəti haqqında ən maraqlı 100fakt” adlı yeni bir kitabı ictimaiyyətə təqdim edib. bp-ninmaliyyəsi ilə nəşr olunmuş kitabın əsas məqsədi geniş oxucuictimaiyyətinin Azərbaycanın ilk demokratik dövlətinin tarixinəmarağını və həmin dövr barədə məlumatlılığını artırmaqdır.

Trend xəbərverir ki, yeni nəşrdə Şərqdə ilk demokratik parlament respublikasıolan və sovet Rusiyası tərəfindən devrilənə qədər cəmi 23 ay mövcudolmuş Azərbaycan Demokratik Respublikası (ADR) haqqında diqqətləseçilmiş və geniş ictimaiyyətə az məlum olan 100 fakt toplanıb.

Kitab oxuculara ADR haqqında qısa, maraqlı və etibarlı mənbələrəəsaslanmış tarixi məlumatlar təqdim edir. Hər bir fakt ADR-inparlament iclaslarının stenoqramları və hökumət qərarları da daxilolmaqla, sənədlərin əslinə əsaslanır ki, bu da məlumatlarındəqiqliyini və həqiqiliyini təmin edir.

Nəşrdə “İstiqlal Bəyannaməsini kim qələmə alıb?”, “Milli Şuraniyə ilk Azərbaycan parlamenti sayılmalıdır?”, “Azərbaycanın dövləthimni ilk dəfə nə vaxt səslənib?”, “Azərbaycanın Dövlət Gerbini kimyaradıb?”, “Kimlər İrəvanın verilməsinə etiraz etmişdilər?” kimimühüm suallar, eləcə də bir çox digər mövzulara aid çox maraqlıməlumatlar var.

Kitaba həmçinin 25 orijinal illüstrasiya da daxil edilib, bu danəşri vizual baxımdan cəlbedici edir və məktəblilər, tələbələr,eləcə də Azərbaycan tarixi ilə maraqlanan hər kəs üçün əlçatanedir.

Kitabın təqdimatı münasibətilə bp-nin təşkil etdiyi tədbirdəçıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti BəxtiyarAslanbəyli dedi: “Azərbaycan tarixinin ən mühüm səhifələrindənbirinə işıq salan bu mühüm layihəni dəstəkləməkdən həqiqətən qürurduyuruq. Təqdim etdiyimiz yeni kitab faktları qısa və maraqlı birformada təqdim etməklə tarix haddında bilgiləri cəmiyyətin hər birüzvü üçün əlçatan edir və Azərbaycan Xalq Cümhuriyyətinin irsininuzun illər ərzində qorunub yaşamasına töhfə verir.”

192 səhifəlik bu nəşr xüsusilə uzun mətnlərə diqqətin azaldığıindiki dövrdə müasir oxucuların marağını cəlb edəcək şəkildəhazırlanıb. Kitab ADR-in mövcud olduğu qısa dövr ərzində qəbuletdiyi mühüm qərarlar və həyata keçirdiyi əsas fəaliyyətləri əhatəetməklə oxuculara qısa bir tarixi səyahət təqdim edir.

Kitabın müəllifi tarix mövzusunda podkastların müəllifi kimitanınan və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyitərəfindən keçirilən “Fərdi jurnalist müsabiqəsi”nin dördqat qalibiolan Ayaz İlyasovdur.

Layihənin ümumi dəyəri 25995 AZN (15291 ABŞ dolları) təşkiledib.

Layihə “Altun Kitab” MMC tərəfindən icra olunub.

bp
bp
bp
bp
Seçilən
69
6
az.trend.az

9Mənbələr