AZ

Paşinyanı Davosa səfərdən çəkindirən başqa amillər də var - Rəy

Yazını böyüt
Yazını kiçilt

"ABŞ Prezident Donald Tramp Davosa böyük heyətlə gedəcək. O, Davosda əsas siyasi mövzuların Ukrayna və Qrenlandiya olacağını proqnozlaşdırıb".

Bunu Hafta.az-a poltoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, Trampın bu mövzularda avropalılara deməyə sözü var:

"Qəzzada nisbi sakitilkdir, növbəti mərhələdə bölgənin idarəolunması və yenidən qurulması gəlir. Avropalılar bu mövzunu müzakirə etməyə həvəsli deyillər. Çünki, Qəzza mövzusuna Tramp nəzarət edir, onun bu məsələdə əsas tərəfdaşları isə Asiya ölkələridir. Tramp Davosda müxtəlif ölkə liderləri ilə görüşəcək, Ağ Ev sahibinin Davos Forumuna qatılacaq Azərbaycan Prezidenti İlham Əliyevlə də təmas saxlayacağı ehtimalı var”.

E.Şahinoğlu Davos İqtisadi Forumuna Ermənistanın baş naziri Nikol Paşinyanın qatılmayacağını birmənalı qarşılamayıb:

"Adətən Paşinyan mötəbər beynəlxalq tədbirlərdə iştirakdan imtina etmir. Halbuki o, Davosda Azərbaycanla sülh quruculuğunun genişlənməsi, o cümlədən ölkəsinin regional nəqliyyat layihələrinə qoşulmaq imkanları barədə fikirlərini geniş auditoriya ilə bölüşmək imkanı qazana bilərdi. Görünür, Paşinyanın bütün diqqəti bu ilin iyun ayında keçiriləcək parlament seçkilərinə yönəlib və o əsas vaxtını ölkə daxilində rəqbilərini necə zəiflətməyə həsr etməlidir. Paşinyanı Davosa səfərdən çəkindirən digər amillərdən biri forumda ötən illərdə olduğu kimi Rusiya mövzusunun müzakirəsi ola bilər. Davosdakı görüşlərdə və müzakirələrdə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi pislənilir. Paşinyan isə bu mövzuda danışmağa həvəsli deyil. Ötən il Paşinyan Davosda ona verilən “Ermənistan Avropa İttifaqı ilə Rusiya arasında seçimdə hansı tərəfə üstünlük verəcək” sualına cavab verməkdə çətinlik çəkmişdi. Görünür, o oxşar sualla üzləşmək istəmir".

E.Şahinoğlu Davosda İrandakı gərgin vəziyyətin müzakirə olunma ehtimalından danışıb və Paşinyanın Davosda olmamasını cənub qonşusunun ünvanına tənqidi fikir söyləmək istəməməyi ilə əlaqələndirib.

Tahirə Qafarlı

Seçilən
51
2
hafta.az

9Mənbələr