AZ

Trampın siyahısında Hanter Bayden “narkoman və fırıldaqçı” kimi təqdim olunub- ÖZƏL

ABŞ Prezidenti Donald Trampın prezidentliyi dövründə əldə etdiyi uğurların siyahısına Hanter Baydenin - sabiq prezident Co Baydenin oğlunun  dövlət qorumasından məhrum edilməsi faktı da daxil edilib. Olaylar.az xəbər verir ki, Ağ Ev saytında yayımlanan siyahıda Hanter Bayden "narkoman və fırıldaqçı" kimi təsvir olunub.
Siyahıda qeyd olunur: "Skandallı şəkildə tanınan narkoman və fırıldaqçı Hanter Baydenin, vergi ödəyicilərinin vəsaiti hesabına təmin olunan Məxfi Xidmət qorumasından məhrum edilməsi".
2020-ci il prezident seçkilərindən əvvəl New York Post qəzeti Hanter Baydenin elektron poçt yazışmalarına əsaslanan material dərc etmişdi. Həmin yazışmalarda onun atasının vəzifəsindən şəxsi biznes maraqları üçün istifadə etməyə çalışdığı göstərilirdi. Hanter Baydenin noutbukunda həmçinin narkotik maddələrdən istifadə etdiyi və spirtli içkilər qəbul etdiyi bir sıra foto və videolar da aşkar edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr