AZ

ABŞ Şaraa və SDQ arasında seçimini etdi

BAKI, 21 yanvar. TELEQRAF

“Dünyanın diqqəti İrana yönəldiyi vaxtda Suriyada proseslər çox sürətlə inkişaf edir”.

Teleqraf xəbər verir ki, bunu politoloq Oqtay Qasımov deyib.

Ekspert bildirib ki, Suriya hakimiyyəti PKK terror təşkilatının qanadı SDQ-yə qarşı həyata keçirdiyi uğurlu əməliyyatlarla onun nəzarətində olan ərazilərin böyük qismini geri almaqla, ölkənin ərazi bütövlüyünün təmin olunması istiqamətində ciddi addımlar atır:

“SDQ-yə ikinci zərbə onun hamisi olan ABŞ-dən gəldi. Əhməd Şaraa ilə Donald Tramp arasında keçirilən telefon danışığından sonra ABŞ bəyan etdi ki, SDQ ilə ortaqlığa son verir, Suriyada tək güc olaraq Şaraanı qəbul edir və İŞİD-lə mübarizəni artıq Suriya özü aparacaq.

Hamisindən gələn bu açıqlama SDQ-nin mövcudluğunu risk altına salır. ABŞ-siz İsrailin dəstəyi onlar üçün yetərli olmayacaq”.

Oqtay Qasımov Türkiyənin prosesdəki roluna da diqqət çəkib:

“İldırım sürəti ilə gedən proseslərdə Türkiyənin rolunun önəmini ayrıca qeyd etmək lazımdır. Proseslər məntiqi sonluğa çatarsa, bu, Suriya dövlətinin bölünməsinin qarşısının alınması ilə yanaşı, Türkiyənin regional rolunun daha da güclənməsi üçün yeni imkanlar yaradacaq”.

Seçilən
57
teleqraf.com

1Mənbələr