Yazını böyüt
Yazını kiçilt
İndoneziyanın Qərbi Cakarta İmmiqrasiya İdarəsi gizli yollarla Avstraliyaya xarici vətəndaşların qanunsuz getməsini asanlaşdıran beynəlxalq insan qaçaqmalçılığı şəbəkəsini zərərsizləşdirib.
Hafta.az İndoneziyanın “Antara” informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyat zamanı üç şübhəli həbs edilib.
Onların ikisi Çin vətəndaşı, biri isə Tailand vətəndaşı olub.
İmmiqrasiya əməkdaşları əraziyə basqın edərək cinayətkarların istifadə etdiyi pasportları, saxta şəxsiyyət vəsiqələrini və mobil telefonları müsadirə ediblər.