AZ

Tramp Davosa üç saat gec gələcək - Bessent

ABŞ Prezidenti Donald Tramp Dünya İqtisadi Forumunda (WEF) iştirak edəcəyi Davosa təxminən üç saat gec gələcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Naziri Skott Bessent Davosda keçirilən mətbuat konfransında bildirib.

"Düşünürəm ki, Prezident Tramp təxminən üç saat gecikəcək. Onun yenilənmiş cədvəlini görməmişəm", - Maliyyə Naziri bildirib.

Daha əvvəl Amerika liderini daşıyan təyyarə texniki problemlər səbəbindən Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasına eniş etdikdən sonra Sürixə yola düşmüşdü.
Ağ Evin mətbuat xidmətinin məlumatına görə, Tramp daha kiçik bir təyyarə ilə yola düşüb.

Seçilən
24
ucnoqta.az

1Mənbələr