ABŞ Prezidenti Donald Tramp İranın ona qarşı sui-qəsd təhdidlərini həyata keçirməyə çalışacağı təqdirdə ABŞ-a onları yer üzündən silmək üçün çox qəti təlimatlar verdiyini bildirib.
Azreform.info xəbər verir ki, bunu Tramp “newsnation”a müsahibəsində deyib.
Tramp deyib ki, İran təhdidlərini davam etdirərsə, ABŞ bütün ölkəyə qarşı qisas addımı atacaq.
"Əgər bu baş verərsə, bütün ölkə tüstüyə qərq olacaq", - Tramp deyib.
Son hadisələrə gəldikdə isə Tramp deyib ki, gələcəkdə nələrin baş verəcəyini deyə bilmərəm.
"Onlar 837 nəfəri asmaq istəyirdilər... Amma onlar bunu etməmək qərarına gəldilər. Gələcəkdə nə olacağını deyə bilmərəm", - deyə o qeyd edib.
Mürtəza