AZ

Məşhur amerikalı analitikdən Əliyevlə bağlı möhtəşəm sözlər

Beynəlxalq siyasət və Yaxın Şərq üzrə amerikalı analitik Maykl Skott Doran Prezident İlham Əliyevin yanvarın 20-də Davosda "Avronyus" televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
BUTA.TVGlobalinfo.az-a istinadla xəbər verir ki, bu barədə o, X hesabında paylaşım edib. “Bu insan müasir dünyada ən istedadlı, hətta ən görkəmli dövlət xadimlərindən biridir. Beynəlxalq münasibətlərin reallıqda necə işlədiyini başa düşməsi misilsizdir”, - Maykl Doran bildirib. Qeyd edək ki, Prezident müsahibəsində beynəlxalq münasibətlərin bu gün yeni eraya qədəm qoyduğunu deyib:

“Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik. Hər ölkə öz strategiya və siyasətini özünün potensialına uyğunlaşdırmalıdır, o cümlədən mümkün qədər çox ölkələrlə, ilk növbədə öz bölgəsində, sonra isə qlobal müstəvidə yaxşı münasibətlər qurmalıdır. Azərbaycan məhz buna nail oldu”.

Seçilən
3
1
buta.tv

2Mənbələr