AZ

Səfər Əbiyev jurnalistə hirsləndi: Ay kişi, nə istəyirsən?

Mia.az saytına istinadən ain.az xəbər verir.

"Qardaşım uzun müddət xəstə idi, həmin xəstəlikdən vəfat etdi".

Mia.az xəbər verir ki, bu sözləri qardaşının ölüm xəbərinin yayılması ilə bağlı Manset.az-a açıqlamasında sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bildirib.

Keçmiş nazir vətəndən xaricə köçməsi ilə bağlı sualı eşidərkən əsəbiləşib: "Ay kişi, nə istəyirsən sən? Yazırlar ki, Əbiyev xaricə köçdü. Mən heç yerə köçməmişəm, vətənimdəyəm".

"Hazırda nə işlə məşğulsunuz?" sualına isə Səfər Əbiyev belə cavab verib: "Jurnalistlər bir çox suallara cavab axtarırlar. Hazırda öz işlərimlə məşğulam, nəvələrimlə oynayıram. Bəsdir, sual verdin!".

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
19
mia.az

10Mənbələr