AZ

ABŞ nin gizli silahı Venesuelada sınaqdan keçirilib? EKSPERT ŞƏRHİ

Gununsesi saytına istinadən ain.az xəbər verir.

“ABŞ prezidenti Donald Tramp iki gün əvvəl bildirdi ki, Amerika kimsəyə məlum.oayan yeni silahlara malikdir. Tramp bu silahların barədə başqa məlumat vermədi.

Maduronun iqamətgahına hücum zamanı sağ qalan mühafizəçilər bildirir ki, ABŞ hərbçiləri dəhşətli baş ağrısına və burun qanamasına səbəb olan silahlardan istifadə ediblər. Bu istifadədən sonra mühafizəçilər halsız halda  yerdə tərpənməz halda qalıblar. Deməli ABŞ daha əvvəl rast gəlmədiyiniz yeni səs silahlarından ilk dəfə döyüş əməliyyatları zamanı istifadə ediblər”.

Gununsesi.info bildirir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev deyib.

O qeyd edib ki, bu silahların  mikrodalğalı səs dalğaları insan tərəfindən eşidilmir, lakin insan beyninə təsir edir, yüksək qan təzyiqi yaradır və bəzi kapilyar damarları dağıdır:

“Səs silahlarının artıq müddətdə tətbiqi insanı öldürə bilir.

Bu əməliytat zamanı başqa bir maraqlı məsələ Venesuela hava hücumundan müdafiə qoşunlarının zenit-raket komplekslərinin ölkə səmasında aşağı sürətli helikopterlərə atəş acmaması ilə bağlıdır.

Burada ağlımıza ilk gələn Venesuelaya aid  radiolokasiya stansiyalarının müşahidə imkanlarından məhrum edilməsidir. Böyük ehtimalla ABŞ hərbi hava qüvvələri istiqamətləndirilmiş mikrodalğalardan istifadə edən daha yeni bir silah əldə ediblər. Amma  5 il əvvəl  Çin ordusu Hindistanla sərhəd münaqişəsi zamanı istiqamətlənmiş lazer silahından uğurla istifadə etmişdir”.

Hərbi ekspertin fikrincə, ABŞ sənayesi düşmən RLS-in elektron sensorları üçün uzaq məsafədən təhlükəli istilik  temperaturunu təmin edən və hava vasitələri ilə daşına biləcək optimal olcələrə malik silahlar əldə edərək onu da ilk dəfə döyüş əməliyyatları zamanı uğurla sınaqdan keçiriblər.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
52
2
icma.az

3Mənbələr