Suriya Ordusu Süleyman Şah Türbəsinin ərazisini YPG/PKK yaraqlılarından təmizləyib.
Modern.az xəbər verir ki, Süleyman Şahın Türbəsi 1923-cü il Lozanna Müqaviləsinə uyğun olaraq Türkiyənin Suriyadakı suveren ərazisidir.
Təhlükəsizlik səbəbləri ilə ərazi əvvəllər bir neçə dəfə başqa yerə: 1973-cü ildə daşqın təhlükəsi səbəbindən və 2015-ci ildə İŞİD-in təhdidlərinə görə köçürülmüşdü.
Süleyman Şah Osmanlı imperiyasının qurucusu Osman bəyin babası, Ərtoğrul Qazinin atasıdır.