AZ

Reuters: “Paris Trampa meyda oxuyur”

AzVision.az xəbər verir ki, Frnasa prezidenti Emmanuel Makronun ofisinə istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.

“Fransa Qrenlandiyada NATO təlimlərinin keçirilməsini xahiş edib və buna töhfə verməyə hazırdır”, - agentlik yazır.

Yanvarın 15-dən 17-dək adada Danimarka tərəfindən təşkil edilən “Arktika keşikçisi əməliyyatı” adlı təlimlər keçirilib. Təlimlər ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı ilhaq etmək təhdidləri fonunda baş tutub.

Altı ölkə Qrenlandiyaya öz hərbçilərini göndərib
Manevrlərdə bir sıra Avropa ölkələri, o cümlədən Fransa iştirak ediblər. Buna cavab olaraq Tramp fevralın 1-dən etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya və Hollandiyaya 10%-lik rüsumlar tətbiq edəcəyini açıqlayıb.

- Avropalı diplomatlar adaya qoşun yeridilməsinin Amerika lideri tərəfindən yanlış şərh edilə biləcək həddən artıq təxribatçı addım olduğuna şübhə ilə yanaşırlar”,- öz növbəsində “The Financial Times (FT)” nəşri vurğulayıb.

Eyni zamanda, Danimarka ordusunun Baş Qərargah rəisi Peter Boysen ölkənin adada hərbi mövcudluğunu gücləndirdiyini, təlimlərə “güclü toqquşmaların” məşq edilməsinin də daxil olduğunu vurğulayıb.

Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen isə yerli sakinləri mümkün hərbi münaqişəyə hazır olmağa çağırıb.

Xatılrladaq ki, Arktika Komandanlığının rəhbəri Sören Andersen artıq100-ə yaxın danimarkalı hərbçinin Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə, təxminən bir o qədər də Kangerlussuaka gəldiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
33
1
azvision.az

2Mənbələr