AZ

Hakan Fidan: “Prioritetimiz sabitlikdir”

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankaranın müəyyən etirazları olmasına baxmayaraq, siyasi seçim olaraq bunları kənara qoyub razılaşmanı dəstəkləməyi və sabitliyi ön plana çıxarmağı üstün tutub.

Hakan Fidan “Anadolu” agentliyi və TRT-yə verdiyi açıqlamada, deyib ki, Türkiyə bəzi etirazları olmasına baxmayaraq, 18 yanvarda Suriya hökuməti ilə SDG arasında əldə olunan razılaşmanı, 10 mart razılaşmasını dəstəklədiyi kimi dəstəkləyir. Bizim baxdığımız əsas məsələ bir razılaşmanın mövcudluğudur.

Türkiyənin müəyyən etirazları olduğunu qeyd edən nazir Fidan buna baxmayaraq siyasət baxımından bu etirazları bir kənara qoymağı və razılaşmaya dəstək verməyə üstünlük verdiklərini bildirib.

Fidan deyib: “Suriya prezidenti Əhməd əl-Şaraa tərəfindən imzalanan razılaşma uzun illər Əsəd dövründə bəzi hüquqlardan məhrum edilmiş kürd qardaşlarımıza hüquqların tanınması baxımından son dərəcə önəmlidir. Sözügedən qərar həm mədəni hüquqların təmin edilməsi, həm də vətəndaşların özlərini ictimai həyatda daha güvənli və daxil edilmiş hiss etmələri baxımından kritik əhəmiyyət daşıyır.

“Ciddi təhlükəsizlik pozuntusu”

Nazir Fidan YPG terror təşkilatının azadlığa buraxılan DEAŞ üzvləri ilə bağlı apardığı manipulyasiyaları Ankaranın “böyük narahatlıqla” izlədiyini də bildirib.

Qeyd edək ki, Suriya Daxili İşlər Nazirliyi terror təşkilatı YPG-nin ölkənin şimal-şərqində yerləşən Hasəkə vilayətindəki əl-Şəddadi həbsxanasından DEAŞ məhbuslarını azad etməsinin, Suriya, regional və beynəlxalq təhlükəsizliyi təhdid edən “ciddi bir təhlükəsizlik pozuntusu” yaratdığını açıqlamışdı. Nazirliyin məlumatına görə, azad edilən 120 DEAŞ məhbusundan 81-i yanvarın 20-də yenidən saxlanılıb.

Xarici işlər naziri Fidan həmçinin bildirib ki, bu yaxınlarda ABŞ-ın Türkiyədəki səfiri Tom Barrack ilə Dəməşqdə keçirilən görüşlərdən əldə etdiyi təəssüratları müzakirə etmək üçün görüşüb. O deyib: “Türkiyənin konstruktiv rol oynamağa davam edəcəyini vurğuladıq. Onlar da bu səyləri qəbul etdilər və alqışladılar”.

Tam inteqrasiya razılaşması

Yanvarın 19-da əl-Şaraa atəşkəs və SDG-nin dövlət qurumlarına tam inteqrasiyasını nəzərdə tutan bir razılaşmanı elan etmişdi.

Razılaşmaya əsasən, SDG hərbi qüvvələrini Fərat çayının şərqinə çəkəcək, Rakka və Deyr əz-Zor vilayətlərindəki inzibati və təhlükəsizlik nəzarətini isə Suriya dövlətinə təhvil verəcək.

Razılaşma həmçinin, SDG-yə bağlı hərbi və təhlükəsizlik personalının fərdi təhlükəsizlik yoxlamasından sonra Suriya Müdafiə və Daxili İşlər Nazirliklərinə inteqrasiya edilməsini; sərhəd keçid məntəqələri, neft və qaz yataqları ilə mülki qurumların da hökumətin nəzarətinə verilməsini nəzərdə tutur.

Açıqlama Suriya ordusunun başladığı və təxminən bir il əvvəl Dəməşq ilə imzalanmış əvvəlki razılaşmaların terrorçu YPG tərəfindən dəfələrlə pozulmasından sonra, ölkənin şərq və şimal-şərqində geniş ərazilərin yenidən nəzarət altına alındığı hərbi əməliyyatdan sonra verilib.

Seçilən
41
veteninfo.az

1Mənbələr