Olaylar.az xəbər verir ki, Gürcüstan Təhsil Nazirliyindən "İnterpressnews" agentliyinə verilən məlumata görə, bu addım yeni elan edilmiş təhsil islahatının tərkib hissəsidir.
Nazirlik hesab edir ki, müəllimlər bu məhdudiyyətə əməl etməklə şagirdlərə şəxsi nümunə göstərməlidirlər.
Qaydalara əsasən, müəllimlər də şagirdlərlə birlikdə dərs başlamazdan əvvəl telefonlarını xüsusi saxlama qutularına yerləşdirəcəklər. Qurumdan bildirilib ki, bu, müəllimlər üçün sərt bir qadağadan ziyadə, təlim-tərbiyə prosesində etik bir nümunə xarakteri daşıyır: "Müəllimin şagirdlərlə bərabər telefonunu qutuya qoyması onlar üçün ən yaxşı örnək olacaq. Hazırda bu tənzimləmənin dəqiq mexanizmləri üzərində iş gedir, lakin əsas hədəfimiz pedaqoqun öz davranışı ilə şagirdə nümunə olmasıdır".
Lamiyə Cəbrayılova