AZ

Xankəndiyə yola düşən ilk köç karvanı işğaldan azad olan torpaqlara çatdı - FOTO

Xankəndiyə yola düşən ilk köç karvanı işğaldan azad olan torpaqlara çatdı.

Day.Az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində 38 il sonra doğma yurduna qayıdan Xankəndi şəhər sakinləri öz evlərinə getmək üçün Ağdam rayon ərazisindəki DİN-in yoxlama - keçid məntəqəsində sənədlərin yoxlamasından sonra azad olmuş torpaqlara daxil olublar.

Xankəndi şəhərinə ilk mərhələdə 36 ailə - 162 nəfər köçürülür. Onlar öz doğma şəhərinə çatdıqdan sonra Azərbaycan dövləti tərəfindən yenidən bərpa olunan mənzillərinin açarları rəsmi qurumlar tərəfindən təqdim olunacaq.

12:41
xxx

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Day.Az xəbər verir ki, Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

İlk mərhələdə Xankəndi şəhərinə 36 ailə - 162 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

  • Xankəndiyə
  • Xankəndiyə
  • Xankəndiyə
  • Xankəndiyə
  • Xankəndiyə
  • Xankəndiyə
  • Xankəndiyə
  • Xankəndiyə
  • Xankəndiyə
  • Xankəndiyə
Seçilən
43
6
day.az

10Mənbələr