AZ

ABŞ yeni nəsil amfibiya piyada döyüş maşınları sifariş edib

BAE Systems şirkəti ABŞ dəniz piyadaları korpusundan əlavə 30 amfibiya döyüş maşını istehsal etmək üçün 184 milyon dollarlıq müqavilə alıb.

Herbiand.az bildirir ki, bu, əvvəllər yeni nəsil amfibiya maşınlarının yüksək həcmli istehsalı üçün bağlanmış müqavilənin genişləndirilməsidir.

ABŞ dəniz piyadaları korpusu 2018-ci ilin yayında BAE Systems şirkətini yeni amfibiya maşınlarının təchizatçısı seçib. Həmin vaxt tərəflər 198 milyon dollar dəyərində ilk 30 nəqliyyat vasitəsinin istehsalı üçün müqavilə imzalayıblar. Daha sonra əlavə müqavilələr imzalanıb və bu günə qədər sifariş edilən zirehli personal daşıyıcılarının ümumi sayı 100-dən çox olub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
2
herbiand.az

1Mənbələr