Bakı.Trend:
Yanvarın 21-də Azərbaycan Milli Qeyri-Hökumət TəşkilatlarıForumunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin vəAzərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə “Dezinformasiya:qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi”mövzusunda ictimai müzakirə keçirilib.
Trend xəbərverir ki, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumununİdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, bu günlərdəDavosdaDünya İqtisadi Forumu (WEF) “Qlobal Risklər Hesabatı”nı("Global Risks Report") açıqlayıb. Hesabata görə, dezinformasiya,saxtaməlumatlar Azərbaycan üçün 2026-cı ildə əsas risk kimigöstərilib. Hesabatda dezinformasiyahəmçinin qlobal miqyasda daciddi təhlükə kimidəyərləndirilib:
“Dezinformasiya müasir dövrdə təkcə informasiya sahəsini deyil,ictimai sabitliyi, dövlət-vətəndaş münasibətlərini, demokratikinstitutları hədəfə alan sistemli təhlükəyə çevrilib. Bu mövzudavətəndaş cəmiyyəti həmişəkindən daha həssas olmalı, saxtaməlumatları vaxtında ifşa etməli, onun tirajlanmasının qarşısındasəddə çevrilməlidir. Dünya İqtisadi Forumunun dezinformasiyanıAzərbaycan üçün əsas risk kimi göstərməsi ciddi siqnaldır. Ona görədə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu tərəfdaşqurumlarla birgə vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə buictimai müzakirəni təşkil etməyə qərar verdi”.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini NatiqMəmmədli qeyd edib ki, bütün dünyada dezinformasiya təhdidləriartantemplə irəliləyir, müasir dövrdə sosial media platformalarıdezinformasiyanın əsas yayılma məkanına çevrilib:“Dezinformasiyanın bütün təzahür formalarına qarşı mübarizədəAzərbaycan dövlətinin güclü siyasi iradəsi var. Amma bu prosesdəictimai sayıqlıq, media savadlılığı, cəmiyyətin yüksək intellektualsəviyyəsi ən güclü silahdır".
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid vurğulayıb ki,media subyektlərinin“Azərbaycan Jurnalistlərinin Etik DavranışQayaları”na riayət etməsi vacibdir və bu yaxşı nümunə kimi sosialmedia fəallarına da təsir edə bilər: “Qaydaların birinciprinsipində bildirilir ki, jurnalistikanın ali məqsədi həqiqətiyaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır. Ümumənqaydaların bütün prinsiplərinə riayət cəmiyyətin dezinformasiyatəmayüllərindənqorunması baxımından vacib istinadgahdır”.
İctimai müzakirə çərçivəsində keçirilən tematik sessiyalardadezinformasiyaya müxtəlif tərəflərdən baxış sərgilənib.
“Süni intellektlə yaradılmış saxta görüntülər, videolar və botşəbəkələrinin ictimai rəyə təsiri” mövzusunda çıxış edən MediadaİnnovativTəşəbbüslərə Dəstək İctimai Birliyinin sədri MüşfiqƏləsgərli bu texnologiyaların yan təsirlərinə, informasiyamanipulyasiyası baxımından yaratdığı yeni risklərə diqqətçəkib.
“Vətəndaşların media savadlılığının artırılması və sosial mediaplatformalarında dezinformasiyaya qarşı ictimaimaarifləndirmədəQHT-lərin rolu” mövzusunda sessiyadaBeynəlxalqAvrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, İnformasiya vəSosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri CəsarətHüseynzadə QHT-lərin bu sahədə ictimai nəzarət mexanizmləri barədəmülahizələrini bölüşüblər.
“Azərbaycana qarşı hibrid təhdidlər, informasiya savaşınıngeosiyasi aspektləri və qabaqlayıcıtədbirlər” mövzusunda sessiyadaAzərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarəHeyətinin üzvü Zaur İbrahimli və Sosial Təşəbbüslər Mərkəzi İctimaiBirliyinin sədriSənan Nəcəfov qlobal miqyasda hibrid təhdidlərinəhatə dairəsinin genişlənməsinə və yeni təzahür formalarına diqqətçəkiblər.
“Dezinformasiyanın regional dinamikası: Qlobal Cənub və TürkDünyası təcrübələri” mövzusunda sessiyada Türk Dövlətlərinə üzvölkələrin QHT Platformasının Baş katibi, millət vəkili, AzərAllahverənov bildirib ki, Türk dünyası üçün informasiya məkanındakoordinasiyalı fəaliyyət strateji əhəmiyyət daşıyır.
Qlobal Cənub QHT PlatformasınınKatibliyinin nümayəndəsi FuadKərimlidezinformasiyanın Qlobal Cənub ölkələrindəkifəsadları barədədanışıb. O, qeyd edib ki, Qlobal Cənub məkanında rəqəmsalsavadlılığın yetərli olmaması, yerli dillərin süni intellektsistemlərində tam əhatə olunmaması və texnoloji resurs çatışmazlığıdezinformasiyanın təsir gücünü artırır.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu cəmiyyət üçünaktual mövzularda ictimai müzakirələri davam etdirəcək.